Kaxetidə, Axmeta bələdiyyəsində 3 yaşlı uşaq oyun oynayarkən dərman içib və ölüb.
InterPress.ge xəbər verir ki, azyaşlı uşaq 6 yaşlı bacısı ilə oynayarkən psixotrop dərman qəbul edib.
Həkimlərin səyinə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb. Azyaşlı uşaq İaşvili adına klinikada aprelin 4-nə keçən gecə dünyasını dəyişib.
Məlumata görə, azyaşlı bacı-qardaş kənddə nənəsinin yanında böyürmüş.
