05 
Apr
2022
12:45
585

Saxta COVID-19 pasportu hazırlayıb satan şəxslər saxlanıldı

Tiflisdə vətəndaşa 150 lari qarşılığında saxta COVID-19 peyvəndi kartı düzəldib və onu rəsmi məlumat bazasında peyvənd olunmuş şəxs kimi qeydiyyatdan keçirən tibb müəssisəsinin tibb bacısı və daha bir şəxs saxlanılıb.

 lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti  məlumat yayıb.

"Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Rayon Prokurorluğu ilə razılaşdırılaraq, keçirilən əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində kommersiya rüşvətxorluğu və saxta rəsmi sənəd hazırlamaq faktları üzrə qrup halında 2 nəfər saxlanılıb.

İstintaq müəyyən edib ki, Tbilisidəki tibb müəssisələrindən birinin tibb bacısı öz səlahiyyətləri çərçivəsində qanunsuz maddi səmərə əldə etmək məqsədilə, qohumu olan şəxslə birgə vətəndaşdan 150 lari götürüb, bunun müqabilində müvafiq peyvənd prosedurunu həyata keçirmədən, guya vətəndaş Pfizer peyvəndi ilə peyvənd olunubmuş kimi, saxta COVID-19 peyvənd kartı hazırlayıb. 

Eyni zamanda, təqsirləndirilən şəxslər saxta vəsiqə əsasında vətəndaşı Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəsmi məlumat bazasında peyvənd olunmuş şəxs kimi qeydiyyata alıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 221-ci maddəsinin 4-cü hissəsinə və 362-ci maddəsinin birinci hissəsinə əsasən araşdırma aparılır”,- deyə məlumatda bildirilib.

(lpn)

Bizimlə əlaqə saxlayın