Nino Lomcaria: "Saakaşvilinin həm psixoloji, həm də fiziki reabilitasiyaya ehtiyacı var, lakin indiki mərhələdə bu xidmətlər göstərilmir"
"Respublika Xəstəxanasında aparılan araşdırmaların nəticələrinə görə, Mixeil Saakaşvilinin həm psixoloji, həm də fiziki reabilitasiyaya ehtiyacı var".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria bildirib.
Lomcarianın jurnalistlərə izah etdiyinə görə, Mixeil Saakaşviliyə indiyədək müvafiq xidmətlər göstərilməyib ki, bu da onun müalicəsində ciddi çatışmazlıqdır.
“Nümayəndələrimiz mütəmadi olaraq Mixeil Saakaşviliyə, eləcə də digər məhbuslara baş çəkir. Ona görə də onun vəziyyəti ilə bağlı bizə daim məlumat verilir. Respublika Xəstəxanasına köçürüləndən sonra aparılan müayinənin nəticəsini aldıq, bu məlumatları şuramızla bölüşəndə bizə dedilər ki, bu nəticələr onların Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı əldə etdikləri nəticələrlə eynidir. Qiymətləndirməmiz dəyişməzdir, həm psixoloji, həm də fiziki reabilitasiya tələb edir, lakin bu mərhələdə bu xidmətlərlə təmin edilmir, ona görə də bu, onun müalicəsi istiqamətində əhəmiyyətli çatışmazlıqdır”, – Nino Lomcaria bildirib.


