04 
Apr
2022
13:30
626

Qardabani Bələdiyyəsində “Dövlət mülkiyyətində olan otlaqlara əlçatımlıq” proqramı ilə tanış olundu

Dayanıqlı Torpaq İdarəetmə və Torpaqdan İstifadə Monitorinqi üzrə Milli Agentliyin sədrinin birinci müavini Merab Kvaraia Qardabanidə bələdiyyə sədri, kənd qəyyumları və fermerlərin iştirakı ilə keçirilən işgüzar görüşdə "dövlət mülkiyyətində olan otlaq sahələrinə əlçatımlıq" üzrə dövlət proqramının təfərrüatları, məqsədi və iştirak şərtləri ilə tanış olub.

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani Bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, hazırkı mərhələdə proqram çərçivəsində Agentlik tərəfindən Kvemo Kartli regionunda icarəyə veriləcək otlaqların ümumi sahəsi 6602 hektardır. Onlar haqqında məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin (www.mepa.gov.ge) və Agentliyin (www.land.gov.ge) internet saytlarında əldə etmək olar. Bu mərhələdə seçilmiş otlaq sahələrinin icarəyə verilməsi proqramında iştirak etmək üçün ərizə və ona əlavə olunmuş sənədlərin qəbulu başlayıb və aprelin 26-dək davam edəcək.

Xatırladaq ki, sözügedən proqram Gürcüstan hökuməti tərəfindən 6 oktyabr 2021-ci ildə qəbul edilib.

Bizimlə əlaqə saxlayın