04 
Apr
2022
12:53
362

Baş nazir: "Gürcüstanda mümkün qədər çox SES tikməliyik"

"Biz enerji sektoruna əlavə investisiya cəlb etməliyik. Tempi mümkün qədər sürətləndirməliyik və Gürcüstanda mümkün qədər çox SES tikməliyik, bu, kiçik,  orta və böyük SES ola bilər".

InterPress.ge xəbər verir ki, bu barədə hökumət iclasından əvvəl baş nazir İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə Gürcüstanda su elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşunun yekun modeli hazırlanır və gələn həftə təqdimat keçiriləcək və burada biznes subyektlərinə konkret təkliflər paketi təqdim olunacaq.

"Biz enerji sektoruna əlavə investisiya cəlb etməliyik. Tempi sürətləndirmək və Gürcüstanda mümkün qədər çox su elektrik stansiyaları tikmək lazımdır, istər kiçik, istər orta, istərsə də böyük. Mən iqtisadiyyat nazirinə, eləcə də maliyyə nazirə göstəriş vermişəm. Yaxın bir neçə gün ərzində yekun modeli təqdim edəcəyəm və düşünürəm ki, gələn həftə bu təklifi biznesə vermək imkanım olacaq ki, yerlərdə generasiya qurğularının tikintisini və su elektrik stansiyalarının tikintisini asanlaşdırsın. 

Elektrik enerjisinə olan tələbatımız ildən-ilə artır.  İstehlak artır. Hazırda generasiya tələbat və istehlakdan əhəmiyyətli dərəcədə geri qalır ki, bu da təbii ki, ölkəmizi, enerji təhlükəsizliyini və ümumilikdə enerji müstəqilliyini böyük risk qarşısında qoyur, ona görə də bu baxımdan gələn həftə təqdimat olacaq və biznesə təklif paketimizi təqdim edəcəyik”, - Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər