04 
Apr
2022
10:51
428

Tbilisidə törədilən qətllə bağlı 5 nəfər saxlanılıb

Tbilisidə Laquna Vera yaxınlığında törədilən qətlin üstü açılıb, polislər hadisə yerində 5 nəfəri saxlayıblar. 

lnterPress.ge xəbər verir ki, istintaqın məlumatına görə, Kostava küçəsi yaxınlığındakı təşkilatlardan birində 20-yə yaxın şəxs arasında şifahi mübahisə başlayıb.  

Məlumata əsasən, daha sonra mübahisə hər iki tərəfdən atışma ilə müşayiət olunan fiziki qarşıdurmaya çevrilib.

Hadisə nəticəsində 2 nəfər hadisə yerindəcə ölüb, 5 nəfər isə  yaralanıb. Saxlanılan şəxslər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və cinayət barədə xəbər verməmə maddələri ilə ittiham olunurlar. Qeyri-rəsmi versiyaya görə, hadisənin qanuni oğrularla və onların biznes maraqları üstündə yaranan mübahisə ilə bağlı olduğu iddia edilir.


(primetime)

Bizimlə əlaqə saxlayın