03 
Apr
2022
12:18
440

Polis Kaxetidə ailə üzvlərinə qarşı ağır cinayət törətmiş şəxsi saxladı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü D.Q.-ni saxlayıblar.  

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, o, arvadını cinsi dözümsüzlük zəminində zorlamaqda, azyaşlının yanında arvadını dəfələrlə döyməkdə, təhdid etməkdə, intihar həddinə çatdırmaqda və on dörd yaşına çatmamış uşaqlarına qarşı əxlaqsız hərəkət etməkdə ittiham olunur.

“İş üzrə aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs D.Q. öz həyat yoldaşı - 1993-cü il təvəllüdlü T.Ç.-yə gender dözümsüzlüyü zəminində sistematik olaraq fiziki və psixoloji zorakılıq edib. Bundan başqa, təqsirləndirilən şəxs azyaşlı uşaqlarına qarşı əxlaqsız hərəkətlər edib və arvadını onun iradəsi olmadan cinsi əlaqəyə məcbur edib.

Gürcüstan Cinayət Məcəlləsinin 11′-137-ci maddəsinin 3-cü hissəsinin "e" yarımbəndi, 11′-126-cı maddəsinin 2-ci hissəsinin “e” yarımbəndi, 11′-151-ci maddənin 2-ci hissəsinin “d” yarımbəndi, 11′-115-ci maddənin 2-ci hissəsinin “a” yarımbəndi və 11′-141-ci maddə 2-ci hissənin “v” yarımbəndinə əsasən istintaq aparılır. 

Cinayətlər 10 ildən 13 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər