Polis narkotik cinayətlərinə görə bir nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində Ukrayna vətəndaşı K.L.-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumdan verilən məlumata görə, o, külli miqdarda narkotik vasitənin qanunsuz alınması və saxlanmasında ittiham olunur.
İstintaq müəyyən edib ki, bu ilin fevralından Gürcüstanda müvəqqəti yaşayan Ukrayna vətəndaşı K.L. istehlak üçün qeyri-qanuni yolla narkotik vasitələr əldə edib və saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı maddi sübut kimi “Lisergid” adlı narkotik vasitə, habelə 400 lari və 1200 ABŞ dolları götürüblər. Təqsirləndirilən şəxsin mənzilinə baxış zamanı 1 qutu həşiş götürülüb.
Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə araşdırma aparılır.
Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.


