02 
Apr
2022
12:41
374

Baş nazir müsəlman həmvətənlərini Ramazan ayının gəlişi münasibətilə təbrik edir

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili müsəlman həmvətənlərini Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin bəyanatında deyilir.

“Bütün müsəlman həmvətənlərimizi mənəvi təmizlənmə, bağışlanma və xeyirxahlıq ayı olan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizə və ailənizə Ramazan ayını iman və əmin-amanlıq, sağlamlıq, sülh və firavanlıqla başa vurmağı arzulayıram”, - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər