Batumi və Rustavidə seçkilər keçirilir
Batumi və Rustavidə seçkilər keçirilir.
InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin majoritar üzvü həm Rustavinin, həm də Qardabaninin bir hissəsinin daxil olduğu 12 saylı majoritar seçki dairəsində seçilir.
Batumi Bələdiyyə Məclisinin majoritar deputatı isə Qonio, Kvariati və Aeroport qəsəbələrinin daxil olduğu yerli majoritar seçki dairəsində seçilir.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Rustavi və Qardabanidən 121 məntəqə daxil olmaqla 135 seçki məntəqəsi tam hazırdır (üçü cəzaçəkmə müəssisələrində, biri kovid məntəqəsi), Batumidə isə 14 seçki məntəqəsi seçkilərə tam hazırdır.
Qeyd edək ki, Batumidə bəzi seçki prosedurları elektron texnologiyalardan istifadə etməklə pilot rejimdə həyata keçirilir. Səsvermə günü elektron səsvermə və səslərin hesablanması vasitələrindən istifadə olunacaq, MSK-nın qərarına əsasən, 14 seçki məntəqəsinin hamısında seçicilərin yoxlanılması aparatı ilk dəfə tətbiq olunacaq.


