01 
Apr
2022
22:16
778

Öz dostunu öldürən qadın yaxalandı

Polis Kutaisidə törədilən qətl faktının üstünü açıb, 1 nəfər həbs edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən qadın cari il martın 31-də Kutaisi tələbə-gənclər parkında münaqişə zəminində dostu 1997-ci il təvəllüdlü  T.K.-nı soyuq silahla boyun nahiyəsindən yaralayaraq hadisə yerindən qaçıb.

Kişi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində 1995-ci il təvəllüdlü S.K. Tergola bələdiyyəsində yaxalanıb. O, qəsdən adam öldürmədə ittiham olunur.

Bu cinayətə görə maksimum 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı hadisədən bir neçə saat sonra həbs edib. Polis cinayətdə istifadə edilmiş soyuq silahı - bıçağı sübut kimi götürüb.

“Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın