Ukrayna və Rusiya əsir düşən əsgərlərini dəyişdirdi.
InterPress.ge xəbər verir ki, bu barədə Agence France-Presse Ukrayna prezidentinin aparat rəhbərinin müavininə istinadən məlumat yayıb.
Kirillo Timoşenko Telegrama videomüraciətində bildirib ki, mübadilə nəticəsində 15-i qadın olmaqla 86 hərbçi “artıq təhlükəsizdir”.
Kremldən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.
