01 
Apr
2022
19:58
1115

Tbilisidə "Bank of Georgia" qarət olundu

 Tbilisinin Samqori rayonunda yerləşən “Bank of Georgia” filialında oğurluq hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə
“Azadlıq” radiosu yazıb.

Məlumata görə, maskalı şəxs bankdan pul oğurlayıb.

Filialın yaxınlığındakı binalardan birində yaşayan vətəndaşın açıqlamasına görə, bu gün güllə səsi eşidilib.

"Ətraflı məlumat üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın", - "Bank of Georgia"dan bildirilib.

Daxili İşlər Nazirliyi indiki mərhələdə yalnız polisin hadisə yerinə səfərbər edildiyini və istintaq tədbirlərinin davam etdiyini bildirir.

Bizimlə əlaqə saxlayın