11 
Iyn
2020
18:22
2589

Türkiyə xarici vətəndaşlar üçün sərhədləri açır

Türkiyə xarici vətəndaşlar üçün sərhədləri açır.

InterPress.ge xəbər verir ki, Türkiyənin sərhədlərini açmasına baxmayaraq Gürcüstan vətəndaşları hələ də Türkiyəyə gedə bilməyəcəklər.

Sərhəddə Gürcüstan hökuməti tərəfindən qoyulmuş məhdudiyyətlər hələ də qüvvədədir.

Türkiyənin Gürcüstandakı səfirliyindən verilən açıqlamada, Türkiyənin İrandan başqa bütün ölkələrlə hava, dəniz və quru sərhədləri açıldığı bildirildi. Ancaq bu qaydaların ləğvi Gürcüstana girmək və çıxmaq istəyənlərə şamil edilmir.

Qeyd edək ki, koronavirus pandemiyasının qsrşısını almaq məqsədilə Gürcüstanın Türkiyə sərhədləri martın 15-dən ikitərəfli bağlanıb.

Xatırladaq ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etmıyə başlayacaq. Ancaq koronavirus riski böyük olan ölkələrlə sərhədlərin açılmayacağı bildirilir.

Bizimlə əlaqə saxlayın