01 
Apr
2022
13:38
569

Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 8 Banqladeş və 1 Türkiyə vətəndaşını saxladı

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları “Vale” sərhəd sektorunun mühafizə bölməsində həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 8 Banqladeş və 1 Türkiyə Respublikası vətəndaşını Gürcüstanın dövlət sərhədini qeyri-qanuni keçməyə cəhd etdiyinə görə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sərhəd Polisi yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qanunsuz olaraq Gürcüstandan Türkiyə Respublikasına keçməyə cəhd ediblər.

Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə araşdırılır.

Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər