31 
Mar
2022
21:48
4101

Azərbaycan- Gürcüstan sərhədi ilə bağlı məsələ Azərbaycan Parlamentində müzakirə olunacaq

Azərbaycanın Milli Məclisinin aprelin 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

InterPress.ge xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib ki bunların arasında Gürcüstan- Azərbaycan sərhədi ilə bağlı məsələ də yer alır.

Azərbaycan Respublikasının Milli Məclisinin Gürcüstanlı bağlı müzakirə edəcək məsələləri bunlardır:

1. "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi.

2. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi.",- iclasın gündəliyi ilə bağlı yayılan məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər