Ukrayna silahlı qüvvələri 7-ci hərbi bazanın bölmələrindən bir qrup rus işğalçısını məhv edib.
InterPress.ge xəbər verir ki, Ukraynanın UNIAN xəbər agentliyi bu barədə öz Telegram səhifəsində məlumat yayıb.
Ukrayna Xəbər Agentliyinin məlumatına görə, bunlar Gürcüstanın işğal olunmuş regionundan - özünü "Respublika" elan etmiş Abxaziyadan Ukraynaya qarşı döyüşmək üçün gələn hərbçilərdir.
Əlavə təfərrüatlar məlum deyil.
