31 
Mar
2022
16:19
467

Kənd təsərrüfatı naziri: "Bu, regionda və dünyada yaranmış vəziyyətlə bağlıdır"

İlkin istehlak mallarının qiymətində dəyişiklik var, lakin bu, regionda və dünyada yaranmış vəziyyətlə bağlıdır.

 lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya bildirib.

Onun sözlərinə görə, dünyada da vəziyyət oxşardır və Gürcüstan da istisna ola bilməz.

“Qiymətlərin dəyişməsi təbii ki, ilk dəfə istehsal olunan məhsulların qiymətlərinin artmasıdır, bütün bunlar regiondakı vəziyyətdən irəli gəlir və bu, bütün dünyada baş verir. Təəssüf ki, biz istisna ola bilmərik, çünki biz bir çox məhsullar üzrə idxaldan asılıyıq. Ona görə də məqsədimiz ölkədə ilkin istehlak məhsullarının istehsalını maksimum dərəcədə artırmaq və özünütəminat səviyyəsini yüksəltməkdir və bunun üçün proqramlar həyata keçiririk",- deyə Otar Şamuqia qeyd edib.

Nazir məhsulların tədarükündən də danışıb. Onun sözlərinə görə, hazırkı mərhələdə məhsulların tədarükü ilə bağlı heç bir problem yoxdur.

“İdxalçıların verdiyi məlumata görə, görürük ki, indiki mərhələdə məhsulların tədarükü ilə bağlı heç bir problemimiz yoxdur və hər hansı gecikmə gözləmirik”,- deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın