31 
Mar
2022
14:17
477

Saakaşvili: "Marginallaşdırılmış bu təhlükə qarşısında faktiki olaraq heç bir müttəfiqimiz qalmadı"

"Gürcüstan hökumətinin hesab etmədiyi bütün bu sərhədləşdirmə Çxinvalinin ilhaqına hazırlaşmağa xidmət edirdi".

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb.

Saakaşvilinin qeyd etdiyinə görə, “marginallaşdırılmış böyük təhlükə” qarşısında praktiki olaraq müttəfiqlərsiz qaldıq.

“Son bir ildə hamını xəbərdar etdiyim şey budur. Gürcüstan hökumətinin hesab etmədiyi bütün bu sərhədləşdirmə Çxinvalinin ilhaqına hazırlaşmağa xidmət edirdi. Bibilov bir çıxışı ilə çoxillik təbliğatı suya atdı.

Nəticə etibarilə,  marginallaşmış bu təhlükə qarşısında faktiki olaraq heç bir müttəfiqimiz qalmadı. Bəlkə indi ağılları başlarına gələrək birlik və beynəlxalq ictimaiyyətlə işləmək istiqamətində addımlar atsınlar”, - Saakaşvili yazıb.

Məlumat üçün bildirək ki, işğal altında olan Cənubi Osetiya prezidenti Anatoli Bibilov bildirib ki, Cənubi Osetiya tarixi vətəni olan Rusiyanın tərkibinə qaytarılacaq.

Bibilovun bəyanatı Rusiyanın hakim partiyası “Ediniya Rasia”nın rəsmi saytında dərc olunub.  İşğal olunmuş regionun prezidentinin sözlərinə görə, yaxın vaxtlarda Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üçün “hüquqi addımlar atılacaq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər