Tbilisidə, Acarada və İmeretidə 8 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son vaxtlar keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi, Acara və İmeretidə narkotik cinayətləri törətdiklərinə görə 8 nəfər saxlanılıb, onlardan 5-i narkotik alverçisidir.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“1988-ci il təvəllüdlü, 1974-cü il təvəllüdlü, 1973-cü il təvəllüdlü şəxs, əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən və hazırda şərti məhkum olunmuş 1970-ci il təvəllüdlü şəxs, keçmişdə dəfələrlə məhkum olunmuş D.T. və əvvəllər narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum olunmuş 1975-ci il təvəllüdlü şəxs, hazırda narkotik vasitələrin qanunsuz alqı-satqısına görə saxlanılıblar.
1988-ci il təvəllüdlü və 1979-cu il təvəllüdlü şəxs və xarici ölkə vətəndaşı, 1960-cı il təvəllüdlü şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqda ittiham olunublar.
Cinayətlər 5 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni əhatə edir.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün sistematik şəkildə narkotik vasitələrin satışı ilə məşğul olublar.
Hüquq-mühafizə orqanları hakimin qərarına əsasən, bir neçə dəfə təqsirləndirilən şəxslərdən narkotik vasitələrin - "heroin", "suboksin", "metadon" və "marixuana"nın nəzarət qaydasında alınması və qeyd olunan alışların gizli audio-video çəkilişini həyata keçiriblər.
Vake-Saburtalo Baş Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 1973-cü il təvəllüdlü şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi: 24 bükümdə “Suboxin” narkotik vasitə və narkotik vasitələrin satışından əldə edildiyi iddia edilən pullar götürülüb. Həmçinin satış üçün hazırlanmış “Suboxin” narkotik vasitə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi gizlədilən yerdən çıxarılıb.
Acarıstan Polis Departamentinin Dedektivlər Bölməsinin əməkdaşları, G.K.-nın üzərinə şəxsi baxış zamanı maddi sübut kimi içərisində 9 bağlama “heroin” olan narkotik vasitələr aşkar ediblər.
Baş Polis İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük İdarəsi ilə birgə Tbilisi Beynəlxalq Hava Limanının gömrük-keçid məntəqəsində qanunsuz olaraq 250 həb “Ekstazi” narkotik vasitə qəbul edən T.K.-nı saxlayıblar.
İmereti polisi əcnəbi vətəndaş İ.ç. Samtredia Bələdiyyəsinin Baş kəndində saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsi, avtomobili və müvəqqəti yaşadığı ünvana baxış zamanı külli miqdarda heroin götürüblər.
Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təqsirləndirilən M.G. nın evinə baxış zamanı: 60 qrama qədər “Ekstazi”, 1 kq 500 qrama qədər qurudulmuş “marixuana” və 160 qrama qədər “Tetrahidrokannabinol” preparatı aşkar ediblər.
Polis təqsirləndirilən şəxslərdən xüsusilə külli miqdarda müxtəlif narkotik vasitələr və satışdan götürüldüyü iddia edilən pullar, həmçinin marixuananın becərilməsi üçün müvafiq avadanlıqlar götürüb”,- deyə məlumatda qeyd olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri, 262-ci maddəsinin 4-cü hissəsi, həmçinin 273-cü maddəsinin 8-ci hissəsi ilə araşdırma aparılır.


