11 
Iyn
2020
15:00
3151

Saakaşvili Gürcüstanın siyasi prosesinə qarışacağı haqda bəyanat verib

"Gürcüstanın dağıdılmasına sakitcə baxmaq niyyətində deyiləm, qələbəyə hazırlaşırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində yayımladığı videoda deyib.

Saakaşvilinin sözlərinə görə, bu il keçiriləcək seçkilər Gürcüstanın öləcəyinə və ya qalib gələcəyinə qərar verəcək.

“Mən Gürcüstanın dağıdılmasına və sonuncu məhvinə sakitcə baxmaq fikrində deyiləm. Mən gürcü ailələrinin dağıdılmasına və ölkədən qovulmasına eləcə baxmaq fikrində deyiləm. Əlbətdə ki, bu mübarizədəyəm. Əlbəttə ki, qazanmaq niyyətindəyik. Hamımız birləşməliyik, indi yerləri bölüşmək vaxtı deyil və gələcəkdə də olmayacaq. Xalqımıza kömək etmək istəyən hər kəs bir araya gəlməlidir. Ən azından mən həqiqətən bu mübarizənin ön cəbhəsində olacağam. Bu il qərar veriləcək ki, əbədi olaraq, ömrümüzün qalan hissəsini su elektrik stansiyalarında, qızıl yataqlarında və bitcoin dəyirmanlarında İvanaşvilinin köləsi olaq, yoxsa azad bir ölkənin qürurlu vətəndaşı olaq. Bu il ölkəmiz ya tamamilə öləcək, ya da qazanacaq. Üçüncü seçim yoxdur! Buna görə əlbəttə ki, qələbəyə hazırlaşırıq ”dedi Saakaşvili.

Bizimlə əlaqə saxlayın