Sighnaxi bələdiyyəsinin Kvemo Bodbe kəndində tərk edilmiş bir körpə tapılıb.
InterPress.ge xəbər verir ki, yerli sakinlər körpəni kəndin yanacaqdoldurma məntəqəsində görüblər və polisə məlumat veriblər.
Hal-hazırda, yeni doğulmuş uşaq Laqodexidə "Archimedes" klinikasındadır və sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə araşdırılır.
