Avropa Şurasının prezidenti Şarl Mişel Strasburqda Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının rəsmi saytında yerləşdirilib.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüş planlaşdırılır.
