Ukrayna-Rusiya müharibəsində həlak olan döyüşçü Davit Qobecişvilinin nəşi səhər saatlarında Gürcüstana gətirilib.
InterPress.ge xəbər verir ki, vətəndaşlar, o cümlədən mülki sektor və müxalifət nümayəndələri həlak olan qəhrəmanın xatirəsini ehtiramla yad etmək üçün hava limanında olublar.
Gürcü döyüşçünün nəşi bu gün saat 12:00-da Kaşueti kilsəsinə, oradan isə Dğibuliyə aparılacaq. Həlak olan döyüşçü bazar günü Dğibulidə dəfn ediləcək.
Xatırladaq ki, Davit Qobecişvili Rusiyanın raket hücumu nəticəsində həlak olan 4-cü gürcü hərbçisidir. Bundan əvvəl gürcü döyüşçüləri Qia Beriaşvili, Davit Ratiani və Baxva Çikobava Rusiya təcavüzünün qurbanı olublar.
.jpg)