Gürcüstanda doğulan uşaqların sayı açıqlandı
2021-ci ildə Gürcüstanda diri doğulan uşaqların sayı 45 946, o cümlədən 23 911 oğlan və 22 035 qız təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Geostat-ın məlumatına görə, bu göstərici əvvəlki illə müqayisədə 1,2% azalıb.
2021-ci ildə ən yüksək doğuş göstəricisi Tbilisidə (14 979 uşaq), ən aşağı doğuş göstərici isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində (263 uşaq) qeydə alınıb.
“2021-ci ildə 2020-ci illə müqayisədə diri doğulanların ümumi sayında ilk doğulanların payı 38%-dən 37,4%-ə qədər azalıb, ikinci uşağın payı demək olar ki, dəyişməz olaraq 35,6%-ə, üçüncü və sonrakı ardıcıllıqla doğulanların payı isə 25,8%-dən 26,4%-ə yüksəlib.
2021-ci ildə diri doğulanların ümumi sayında yaşı 25-dən az olan analardan doğulan uşaqların hissəsi çəkisi əvvəlki illə müqayisədə 28,4%-dən 27,2%-ə azalıb, 25-39 yaş qrupunda olan anaların xüsusi hissəsi isə 67,2%-dən 69,2%-ə qədər artıb. 40 yaşdan yuxarı analarda azalma müşahidə olunur. Onların payı 4,4%-dən 3,6%-ə düşüb.
“2021-ci ildə ilk övladını dünyaya gətirən ananın orta yaşı 26,2 yaş müəyyən edilib”, - deyə məlumatda deyilir.
Geostat-ın məlumatına görə, 2021-ci ildə 2020-ci illə müqayisədə ölənlərin sayı 18,5% artaraq 59 906 vahid təşkil edib. Ən çox ölüm halı Tbilisidə (17 922 nəfər), ən az isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində (874 nəfər) qeydə alınıb.
“2021-ci ilin məlumatlarına görə, körpə ölümü əmsalı (hər 1000 diri doğulana 1 yaşa qədər ölənlərin sayı) 9,0 promil təşkil edib.
2021-ci ildə 5 yaşadək uşaqların ölüm səviyyəsi (hər 1000 diri doğulana) 10,0 promil təşkil edib.
2021-ci ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) müşahidə olunub və -13 960 vahid müəyyən edilib.
Eyni zamanda, Acariya Muxtar Respublikası istisna olmaqla, bütün regionlarda mənfi təbii artım müşahidə olunub”, - Geostat məlumatında qeyd olunub.
Onların məlumatına görə, 2021-ci ildə 23 155 nikah qeydə alınıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 41,5% çoxdur.
İlk nikahın orta yaşı qadınlar üçün 29, kişilər üçün 31,5-dir.
2021-ci ildə qeydə alınan boşanmaların sayı 10 654 ədəd təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 39,4% çoxdur.


