Tbilisi Dövlət Tibb Universiteti Ukraynaya humanitar yardım göndərdi
Tbilisi Dövlət Tibb Universiteti xeyriyyə humanitar aksiyası çərçivəsində toplanan əşyaları Ukraynaya göndərib.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universiteti məlumat yayıb.
Onların sözlərinə görə, Tbilisi Dövlət Tibb Universitetinin tələbələri və rəhbərliyinin təşəbbüsü ilə 2022-ci il martın 2-də Ukrayna vətəndaşlarına kömək məqsədilə xeyriyyə humanitar aksiyası başlayıb və bu aksiya zamanı əsas əşyalar, dərmanlar, geyimlər, ərzaqlar toplanaraq Ukraynaya göndərilib.
"Xeyriyyə tədbirinə TSMU-nun akademik, inzibati və yardımçı heyəti, tələbələr, rezidentlər, tədqiqatçılar və TSMU klinikaları qatılıb. Bundan əlavə, diqqətəlayiq haldır ki, Tbilisi Dövlət Tibb Universiteti və İnqorokva Universitetinin Yüksək Tibb Texnologiyaları Tibb Klinikası Ukrayna vətəndaşları üçün fədakarcasına qan donorluğu həyata keçirir ”,- deyə məlumatda bildirilib.


