Rusiya- Ukrayna müharibəsi fonunda Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayı açıqlandı
Fevralın 24-dən martın 20-dək Rusiya Federasiyasının 35 028 vətəndaşı Gürcüstana daxil olub, 20 733 vətəndaşı isə çıxış edib.
InterPress.ge xəbər verir ki, Ukraynada müharibənin başlaması fonunda, Rusiya vətəndaşlarının Gürcüstana girişi ilə bağlı statistik məlumatı Daxili İşlər Nazirliyi yayıb.
"Bu müddət ərzində Rusiya Federasiyasından Gürcüstana 35 028 şəxs daxil olub, 20 733 nəfər Rusiya Federasiyasının vətəndaşları Gürcüstandan çıxış edib. Hər hesabat ayı bitdikdən sonra, statistik məlumatların işlənməsi Nazirliyin İnformasiya-analitik şöbəsinin İnformasiya Mərkəzində həyata keçirilir. Müvafiq olaraq, ictimai marağın yüksək olması səbəbindən Rusiya Federasiyası vətəndaşlarının Gürcüstanın dövlət sərhədini keçməsi (giriş/çıxışı) haqqında məlumatı bir dəfə dərc edib. Orta statistik səhv marjası +/- 2,4% təşkil edir”, - deyə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.


