30 
Mar
2022
11:57
513

Tbilisidə nəqliyyat vasitələrinin xüsusi cərimə dayanacağına daşınmasına görə rüsumda dəyişiklik edildi

Tbilisidə xüsusi cərimə dayanacağına nəqliyyat vasitələrinin daşınması və 24 saat saxlanmasına görə rüsumda dəyişiklik edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.

Məlumata görə, avtonəqliyyat vasitələrinin evakuasiyası üçün rüsum 150 lari, dayanacaqda əlavə parkinqin qiyməti isə 20 lari müəyyən edilib.

Dəyişiklik Tbilisi Bələdiyyəsinin №22.444.485 saylı sərəncamı əsasında martın 31-də qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər