Gürcüstanın baş naziri Ermənistanın xarici işlər naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan və Ermənistan arasında münasibətlər müzakirə olunub. Ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğu vurğulanıb.
“Görüşdə regiondakı vəziyyət müzakirə olunub. Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə həyata keçirilən və dialoq formatının yaradılması məqsədi daşıyan “Sülhsevər qonşuluq təşəbbüsü”nə diqqət yetirilərək, Gürcüstanın Cənubi Qafqazda hər zaman dinc əməkdaşlığı və birgə yaşayışı dəstəklədiyi və regional dialoqa töhfə verməyə hazır olduğu vurğulanıb.
Görüşdə Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, nazirin müşaviri Vahan Kostanyan və nazirin köməkçisi Robert Abisoqomyan iştirak edib. Gürcüstan tərəfdən görüşdə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani, hökumət administrasiyasının rəhbəri İlia Darçiaşvili və Gürcüstanın Ermənistan Respublikasındakı səfiri vəzifəsini icra edən İrakli Kvançaxadze iştirak ediblər.


