29 
Mar
2022
16:27
444

David Sonğulaşvili: "Yanacağın qiymətlərində artımı Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır"

Yanacağın qiymətlərində artım tendensiyası Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır.

lnterPress.ge xəbər  verir ki, bu barədə Parlamentin Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili bildirib.

Sonğulaşvilinin parlamentin plenar iclasında qeyd etdiyinə görə, Gürcüstan yanacaq idxalçısıdır və buna görə də bütünlüklə dünya bazarındakı vəziyyətdən asılıdır.

“Yanacağın qiymətinin qalxması tendensiyası Rusiyanın başçılıq etdiyi Ukraynaya hərbi təcavüz və qlobal geosiyasi böhran ilə bağlıdır. Müharibə başlayandan bəri bütün artan riskləri nəzərə alsaq, qiymətlər, xüsusən də neft məhsullarının qiyməti artır. Təbii ki, bu tendensiya açıq iqtisadiyyat ölkəsi kimi Gürcüstanda da özünü göstərir”, - deyə Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri bildirib.

Davit Sonğulaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti, parlament çoxluğu və özəl sektor bu məsələ üzərində birgə işləyir.

“Siyasi qüvvələr bu fürsətdən öz xeyirlərinə istifadə etməyə çalışırlar, lakin mən hesab edirəm ki, biz problemin ciddiliyinə deyil, həllinə diqqət yetirməliyik. Hökumət, əksəriyyət və özəl sektor birlikdə həll yolu tapmaq üçün bu məsələ üzərində fəal işləyirlər”,- deyə David Sonğulaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın