"Danışıqlardan möhkəm nəticələr gözləməli olduğumuz bir dövrdəyik".
lnterPress.ge xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, indiki faciənin sonu hər iki tərəfdən - Ukrayna və Rusiyadan asılıdır.
“Düşünürəm ki, biz danışıqlardan möhkəm nəticələr gözləməli olduğumuz bir dövrdəyik. Siz liderlərinizin göstərişlərinə uyğun olaraq sülhün əsasını qoyursunuz”,- deyə Ərdoğan Ukrayna ilə Rusiya arasında danışıqların əvvəlində bildirib.
