Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 698 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 647 243 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 036 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 622 432 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 10 nəfər ölüb və ölənlərin ümumi sayı 16 730 nəfər təşkil edib.
