Daha bir ölkə Gürcüstana vizasız gediş-gəliş rejimi tətbiq etdi
Birləşmiş Ərəb Əmirlikləri Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumat yayıb.
“Danışıqlar nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları Gürcüstan pasportu olanların ölkəyə girişi üçün vizasız rejimin yaradılması ilə bağlı müsbət qərar qəbul edib.
Məlum olduğu kimi, indiyədək iki ölkə arasında bağlanmış müqaviləyə əsasən, əmirliklərdə yalnız Gürcüstanın diplomatik və xidməti pasportlarına malik şəxslər vizasız rejimdən istifadə edirdilər. Tərəflər arasında yuxarıda göstərilən qərarla bağlı rəsmiləşdirmə işləri başa çatdıqdan sonra Səfirlik yeni viza rejiminin konkret qüvvəyə minmə tarixi barədə məlumat verəcək.
Vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan qərar Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasının daha bir bariz göstəricisidir”, - bəyanatda deyilir.


