Gürcü Dili Tədris Proqramından istifadə edən şəxslər üçün staj proqramı elan edilir
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Ofisi Gürcüstanın Dövlət Qulluğu Bürosu ilə əməkdaşlıq edərək, Gürcü Dili Tədris Proqramından (“1+4 Proqramı”) istifadə edən şəxslər üçün staj proqramı elan edir.
lnterPress.ge xəbər verir ki, proqram çərçivəsində etnik azlıqların nümayəndələri müsabiqə əsasında staj prosesində iştirak etmək imkanı əldə edəcəklər.
Staj proqramının məqsədi Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələrini dövlət xidməti fəaliyyətinin xüsusiyyətləri ilə tanış etmək, peşəkar bacarıqları inkişaf etdirmək və nəhayət, onların iştirakını və vətəndaş inteqrasiyası prosesini asanlaşdırmaqdır.
Xüsusi yaradılmış komissiya müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq stajiorların seçilməsini təmin edir. Müsabiqədən uğurla keçən namizədlər 1 aydan 6 aya qədər dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və ictimai hüquqa uyğun hüquqi şəxslərlə staj keçəcəklər.
Aşağıdakı dövlət qurumları staj proqramında iştirak etməyə hazırdır. Staj proqramında iştirak etmək istəyənlərdən xahiş olunur ki, aprelin 11-dək ərizə formasını doldursunlar.


