Moped sahiblərinin nəzərinə: Bu gündən etibarən...
AM kateqoriyalı nəqliyyat vasitələrinin qeydiyyatı bu gündən məcburi olur.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin açıqlamasında bildirilib.
Məlumata əsasən, Avropa İttifaqı ilə Assosiasiya Sazişindən irəli gələn öhdəliklər çərçivəsində Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklərə əsasən, mopedlər və yüngül kvadrosikllər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.
Agentliyin məlumatına görə, cari ilin martın 28-dək mopedlərin və yüngül kvadrosikllərin ilkin qeydiyyatı üçün sadələşdirilmiş qeydiyyat qaydası qüvvədə olub. Xidmət Agentliyinin struktur bölmələri ilə yanaşı, AM kateqoriyalı nəqliyyat vasitələri martın 28-dək Dövri Texniki Yoxlama (PTI) mərkəzləri vasitəsilə texniki baxışdan keçirilə və ya ilkin qeydiyyata alına bilər.


