28 
Mar
2022
12:11
442

Baş nazir: "Ölkədə nizam-intizam olmalıdır və vətəndaşların avtomobilləri ilə küçələri kəsməsi yolverilməzdir"

Gürcüstanın baş nazirinin sözlərinə görə, ölkədə nizam-intizam olmalıdır və vətəndaşların avtomobilləri ilə küçələri kəsməsi yolverilməzdir.

InterPress.ge xəbər verir ki, İrakli Ğaribaşvili bu barədə hökumət iclasında yanacağın qiymətinə qarşı keçirilən aksiyadan söhbət edərkdən bildirib və vətəndaşları təxribatlara uymamağa çağırıb.

“Vətəndaşlarımıza müraciət etmək istəyirəm, təxribatlara əl atmayın.  Polis dünən cavab verməli oldu.  Bu, təbii ki, düzgün idi, çünki insanların özlərini bu qədər təxribatçı aparıb öz maşınları ilə küçələri kəsməsi yolverilməzdir.  Ölkədə asayiş olmalıdır və bütün vətəndaşlar qanun və qaydalara tabe olmalıdırlar”, - İrakli Ğaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, ötən gün Tbilisidə yanacağın qiymətinə etiraz aksiyası keçirilib. Etirazçılar yürüşə Respublika meydanından başlayıb, daha sonra Parlamentin qarşısında dayanıb, sonra isə Qəhrəmanlar Meydanına keçiblər, burada yol ötürücüləri bağlanıb, bu da nəqliyyatın hərəkətini yerində iflic edib, daha sonra etirazçılarla polis arasında qarşıdurma yaranıb. Aksiyada ümumilikdə 20 nəfər inzibati qaydada saxlanılıb.  Aksiyanın iki əsas tələbi yanacağın aksiz vergisinin ləğvi və ƏDV vergisinin üzən rejimə keçirilməsi olub ki, bu da etirazçıların fikrincə yanacağın qiymətini 80-90 tetri aşağı salacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər