27 
Mar
2022
20:26
502

Bu gün Tbilisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb

Tbilisidə yanacağın qiymətinə etiraz olaraq keçirilən aksiyada 20 nəfər saxlanılıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisə müqavimət göstərən 173 və 166-cı maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, yanacağın qiymətinə etiraz edən vətəndaşlar yürüşə Respublika Meydanından başlayıb, sonra Parlament qarşısında dayanıb və daha sonra Qəhrəmanlar Meydanına keçiblər. Burada yerüstü keçidlərin bağlanması yerdə hərəkəti iflic edib, daha sonra etirazçılarla polislər arasında gərginlik yaşanıb. 

Bugünkü mitinqin iki əsas tələbi yanacağın aksiz vergisinin ləğvi və ƏDV vergisinin üzən rejimə keçirilməsi idi ki, bu da etirazçıların fikrincə yanacağın qiymətini 80-90 tetri aşağı salacaq.

Bizimlə əlaqə saxlayın