Tbilisidə yanacağın bahalaşması ilə əlaqədar aksiya keçirilir
Respublika meydanında yanacağın bahalaşması ilə əlaqədar etirazçılar parlament binasına doğru yürüş edirlər.
lnterPress.ge xəbər verir ki, etirazçılar “yanacaq qiymətinə etiraz”, “baha həyata yox” şüarları səsləndiriblər.
Etirazçılar avtomobil sürücülərini avtomobillərini yolda saxlamağa çağırırlar, nəticədə Rustaveli meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. Etirazçılara müxtəlif şirkətlərin kuryerləri də qoşulub.
Bugünkü mitinqin iki əsas tələbi yanacağın aksiz vergisinin ləğvi və ƏDV vergisinin üzən rejimə keçirilməsidir ki, bu da etirazçıların fikrincə yanacağın qiymətini 80-90 tetri aşağı salacaq.
Eyni zamanda, mitinqin təşkilatçıları müvafiq səlahiyyətli şəxslərin görüşüb təşəbbüs qrupunun yaradılmasını tələb edir, əks halda daimi mitinqlər elan edəcəklər.


