27 
Mar
2022
15:10
2047

Martın 28-nə olan hava şəraiti açıqlandı

Sinoptiklərin məlumatına görə, martın 28-dən dağlıq və yüksək dağlıq regionlarında qar yağacağı gözlənilir.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

 Martın 28-də Qərbi Gürcüstanda və Şərqi Gürcüstanın dağlıq və yüksək dağlıq regionlarında yağıntı gözlənilir. Dağlarda qar şəklində, bəzi yerlərdə güclü, yüksək dağlıq ərazilərdə duman və qar fırtınası, qərbdən əsən güclü külək, dənizdə 3-4 ballıq fırtına gözlənilir.

“Gözlənilən güclü yağıntı  Qərbi Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra, dağlıq rayonlarda uçqunların və sürüşmələrin yaranmasına səbəb ola bilər”,- deyə  məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın