Dünyada və Gürcüstanda havanın keyfiyyəti necədir?
2021-ci ildə heç bir ölkə Ümumdünya Səhiyyə Təşkilatının hava keyfiyyəti standartına əməl etməyib. Bu məlumat İsveçrənin IQAir şirkətinin araşdırması əsasında dərc olunub.
lnterPress.ge xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
İsveçrə şirkəti dünyanın 6475 şəhərində havanın keyfiyyətini yoxlayıb və müəyyən edib ki, onlardan yalnız 222-də ÜST standartlarına uyğun səviyyə müşahidə olunub, bu da yoxlanılan şəhərlərin cəmi 3,4%-ni təşkil edir.
ÜST-nin yeni tövsiyələrinə əsasən, havada kiçik bərk hissəciklərin miqdarı – PM2.5 hər kubmetr üçün 5 mikroqramdan çox olmamalıdır.
Müvafiq standartlar əsasən 3 sahə üzrə yerinə yetirilib. Bunlara Fransadakı Yeni Kaledoniya, Puerto-Riko və Virgin adaları daxildir.
Bu yerlərdən sonra ən təmiz hava Avstraliya, Kanada, Yaponiya və Böyük Britaniyada müşahidə olunub. Bu ölkələrdə PM2.5-in miqdarı icazə verilən normadan 1-2 dəfə çoxdur.
Havasının ən çox çirkləndiyi ölkələrə gəlincə, belə görünür – Çad, Pakistan, Hindistan və Banqladeş. Bu ölkələrdə havada PM2.5 səviyyəsi tövsiyə olunandan ən azı 10 dəfə yüksəkdir.
IQAir-in məlumatına görə, dünyanın ən çirkli havası Yeni Dehlidədir.
Gürcüstana gəlincə, IQAir-ə görə, hər kubmetrdə PM2.5-in miqdarı icazə verilən normadan 4 dəfə artıqdır və 21 mikroqramdır.
Müqayisə üçün qeyd edək ki, PM2.5-in miqdarı Azərbaycanda 17,6 mikroqram, Ermənistanda-33,9, Türkiyədə - 20, Rusiyada isə 12,3 mikroqramdır.


