27 
Mar
2022
13:08
447

Aleksey Danilov: "Əgər bu gün Dnestryanı və Gürcüstan öz ərazilərini qaytarmaqla məşğul olsa, bu, bizə mütləq kömək edəcək"

"Əgər bu gün Dnestryanı və Gürcüstan, hamı öz ərazilərini qaytarmaqla məşğul olsa, üstəlik, Polşa hələ Kalininqrad vilayəti ilə bağlı formal olaraq öz narazılığını bildirməyib, bu, bizə mütləq kömək edəcək, çünki rusların şəhərlərimizi, kəndlərimizi dağıtmaqdan, uşaqlarımızı, qadınlarımızı öldürməkdən başqa işi də olacaq".

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilovun sözlərinə görə, Rusiya Federasiyasının maraqları sferasında digər ölkələrin ərazilərində əlavə cəbhələrin açılması Rusiyanın hücumuna qarşı mübarizədə Ukraynaya böyük köməklik göstərəcək.

"Bu vəziyyətin necə bitəcəyi hələ bilinmir, lakin Rusiya Federasiyası üçün ikinci cəbhə açılsa, bu, bizə çox kömək edəcək”, - Danilov bildirib.

“Gürcüstan, yumşaq desək, çox da düzgün iş görmür”, - deyə o əlavə edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Dağlıq Qarabağı da xatırladıb və bildirib ki, Ermənistan qoşunla kömək üçün Rusiyaya müraciət edib.  "Lakin onlar [ruslar] qoşunlarını oradan çıxardı və keçən həftə ölkəmizə göndərdi. Biz başa düşürük ki, Rusiya Federasiyasının Dağlıq Qarabağa və Ermənistana vəd etdiyi yardımın orada görünməsi ehtimalı azdır", - Danilov bildirib.

Bundan əlavə, ukraynalı yüksək rütbəli rəsmi dörd Kuril adasının birbaşa Yaponiyaya aid olmasına dair Tokionun bəyanatına və bundan sonra Rusiya Federasiyasının  təlimlərə başlamasına diqqət çəkib.

"Rusiya Federasiyasının müdafiəsinin bu sektorunda hərbçilərin sayı bu gün son dərəcə azdır, çünki onların hamısı buraya göndərilib", - Danilov bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər