Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 357 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 646 316 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 237 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 618 403 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 4 nəfər ölüb və ölənlərin ümumi sayı 16 708 nəfər təşkil edib.
