27 
Mar
2022
11:16
412

Vladimir Zelenski: "Ukrayna şəhərlərinin bombalanmasının qarşısını almaq lazımdır"

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna şəhərlərinin bombalanmasının qarşısını almaq lazımdır.

InterPress.ge xəbər verir ki, Zelenski bu barədə Polşa prezidenti Anjey Duda ilə videokonfrans zamanı bəyan edib.

Zelenski Şərqi Avropa ölkələrində mövcud olan Sovet istehsalı təyyarələrin hələ də Ukraynaya çatdırılmamasından məyus olduğunu bildirib, baxmayaraq ki, həm həmin ölkələr, həm də ABŞ belə bir qərar verməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər.

"Təyyarələrin çatdırılmasının gecikdirilməsi minlərlə ukraynalının həyatına başa gəlir", - Zelenski bildirib.

Onun sözlərinə görə, təyyarələr, tanklar və uzaq məsafəli hava hücumundan müdafiə sistemləri Ukraynaya faktiki olaraq öz ərazisində azadlığı müdafiə etməyə və hərbi əməliyyatların gedişatını kəskin şəkildə dəyişməyə imkan verəcək.

“Əgər tərəfdaşlar Ukraynaya təyyarə və tanklarla kömək etməsələr, Rusiya qoşunlarının qonşularımız - Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Baltikyanı ölkələrin ərazisinə raket təhlükəsi yaratmaq riski və birbaşa hərbi təhdid var”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər