Avtomobil sahiblərinin nəzərinə...
Küçələrdə avtomobillərdə işlənmiş qazlarının monitorinqinə başlanılması planlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze məlumat verib.
Onun sözlərinə görə, indiki mərhələdə iki qanunvericilik təşəbbüsü hazırlanır, o cümlədən yazda təşəbbüsü nəzərdə tutulan qanun layihəsinə əsasən, texniki baxışdan keçməməyə görə cərimə artırılacaq və bu, texniki baxış məbləğindən xeyli yüksək olacaq.
Bitadze həmçinin işlənmiş qazların vizual yoxlanışının tətbiqindən danışıb. Onun sözlərinə görə, sözügedən qanun layihəsinə əsasən, nəqliyyat vasitələrinə ağıllı kameralar ilə birlikdə müvafiq şəxslər də nəzarət edəcək.
“Biz vizual nəzarəti həyata keçirəcək qurumun gücləndirilməsini təmin etməliyik. Bu halda iş daha mürəkkəbdir, çünki nəzarətçinin kim olacağını müəyyənləşdirməliyik, patrul polisi, Ekologiya Nazirliyinin və ya bələdiyyə nəzarəti orqanlarının əməkdaşları. Nəzarətin kim tərəfindən aparılacağı müəyyən edildikdən sonra, bu insanlar müvafiq avadanlıqla təchiz edilməlidir”, - Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze bildirib.


