Rusiya qoşunları Kiyevin Slavutiç şəhərinə daxil olub.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb.
Kiyev regional hərbi əməliyyatının rəhbəri Aleksandr Pavlyuk bildirib ki, işğalçılar şəhər xəstəxanasını ələ keçiriblər. Aleksandr Pavlyukun sözlərinə görə, ruslar şəhərin meri Yuri Fomiçevi oğurlayıblar.
Onun sözlərinə görə, şəhər sakinləri Rusiyanın işğalına etiraz edir və şəhərin baş meydanında “Slavutiç Ukraynadır”, “Ukraynaya eşq olsun” şüarları səsləndirirlər.
