26 
Mar
2022
12:40
2263

Lari ilə verilən kreditlər bahalaşıb

2022-ci ilin fevral ayında kreditlər üzrə faiz dərəcəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

InterPress.ge xəbər verir ki, milli valyutada olan kreditlər üzrə faiz dərəcəsi 15,3%-dən 16,4%-ə yüksəlib.

Eyni göstəricilərə görə, kreditlər üzrə faiz dərəcəsinin dəyişməsi hüquqi şəxslərdə milli valyutada verilən kreditlərə təsir edib. 2021-ci ilin fevral ayının məlumatlarına görə, hüquqi şəxslərə verilən kreditlər üzrə bazar faiz dərəcəsi 11,7% olduğu halda, 2022-ci ilin fevral ayında 13,3% təşkil edib.  Fiziki şəxslərdə isə faiz dərəcəsi cəmi 18%-dən 18,5%-ə yüksəlib.

Xarici valyutada kreditlərin faizinə gəlincə, minimal da olsa, azalma var.  Xüsusilə, MB-ın statistikasına əsasən, 2022-ci ilin fevralında xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 6,4% təşkil edib, bir il əvvəl isə bu göstərici 6,5% olub. Eyni zamanda, hüquqi şəxslər üzrə faiz dərəcəsi 6,7%-də qalıb, fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi isə 6,2%-dən 5,5%-ə enib.

Bizimlə əlaqə saxlayın