Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 658 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 645 959 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 478 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 615 166 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 6 nəfər ölüb və ölənlərin ümumi sayı 16 704 nəfər təşkil edib.
