25 
Mar
2022
15:47
1740

İva Cğonia: "Yanacağın qiyməti 5lari olarsa..."

Son günlərdə idxal olunan məhsullar, 5-27% bahalaşıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Distribyutorlar Assosiasiyasının rəhbəri İva Cğoniya məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda yanacağın qiyməti 5 lari olarsa, idxalçılar qiymətlərə yenidən baxmalı olacaqlar.

“Bir sıra amillərə görə qiymətlərə düzəlişlər edildikdə, bu halın yanacağın bahalaşması ilə üst-üstə düşdüyü vaxtlar olur. İndi beynəlxalq bazarda qiymətlər qalxıb, bu, bizim reallığımıza da yansıyır. Xaricdən nəqliyyat bahalaşıb, buna uyğun olaraq artıq yanacağın qiyməti də məhsulun qiymətində nəzərə alınır. 

Yaxın vaxtlarda yanacağa görə qiymət dəyişikliyi planlaşdırılmır. Əgər yanacaq 5 lari olarsa, o zaman qiymətlərə yenidən baxılacaq. O zaman hər şey bahalaşacaq”, -  deyə Cğoniya bildirib.

 Xatirladaq ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarında neftin qiyməti bahalanır. Gürcüstan da istisna deyil. Bazarda eko yanacaq 4,19 lari, premiumisə 3,85 lari olub.

Neft İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvilinin sözlərinə görə, müharibə başlayandan bu günə kimi, dizel yanacağı təxminən 90 tetri, adi yanacaq 60 tetri, premium 65 tetri bahalaşıb.

Bizimlə əlaqə saxlayın