Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 590 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 645 301 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 247 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 611 688 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 10 nəfər ölüb və ölənlərin ümumi sayı 16 698 nəfər təşkil edib.
