Ukraynadan Gürcüstana sığınan ukraynalı uşaqlar təhsillərini davam etmək üçün Tbilisidə qeydiyyatdan keçdikləri məktəblərə yollanıblar.
InterPress.ge xəbər verir ki, ukraynalı uşaqların məktəblərin birində qarşılanma vaxtı çəkilən video sosial şəbəkələrdə yayılıb
Ukraynalı uşaqları məktəblərin birində müəllim və şagird kollektivi alqışlarla qarşılayıb.
Ukraynalı uşaqların Gürcüstanda ilk dərs gününə Gürcüstanın təhsil və elm naziri də qatılıb.
